2019-02-27
No:040/19, Ermənistan müdafiə nazirinin bu ölkənin ictimai televiziyasına verdiyi müsahibəsi ilə bağlı AR XİN Mətbuat Xidmətinin açıqlaması (Az/Ru)

Ermənistan rəsmilərinin bu kimi ucuz təbliğat xarakterli bəyanatları ilə Azərbaycanı qorxutmaq mümkün deyil. Ermənistan nazirinin fikri 1990-cı illərin əvvəllərində başı daxili çəkişmələrə qarışan və bu fürsətdən istifadə edərək torpaqlarını zəbt etdikləri Azərbaycan müstəqilliyinin ilk illərinə getməsin. Bu gün Azərbaycan ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında kifayət qədər güclü, peşəkar və işğal olunmuş torpaqarı azad etmək əzmində və iqtidarında olan vətənpərvər Silahlı Qüvvələrə sahibdir. Azərbaycanın güclü iqtisadiyyatı, uğurlu daxili və xarici siyasəti onu bölgədə danılmaz liderə çevirmişdir.

Ermənistan müdafiə nazirinin ölkəsinin 27 il öncə işğal etdiyi Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərin soyqırımının ildönümü günü Ermənistanın hücum silahları alması ilə əlaqədar bəyanatla çıxış etməsi Ermənistanın açıq təcavüzkar siyasətinin bariz göstəricisidir. Xatırlatmaq istərdik ki, 2016-cı ilin əvvəlində münaqişənin həlli ilə əlaqədar konkret planlar müzakirə edildiyi halda, məhz Ermənistan tərəfinin hücum xarakterli yeni hərbi doktrina qəbul etməsi və aprelin 2-də qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı əraziləri, o cümlədən məktəblər, xəstəxanalar və ibadət yerlərini ağır silahlardan atəşə tutması, məlum aprel hadisələrinin baş verməsinə gətirmişdir.

Erməni müdafiə nazirinin bu bəyanatı kimin sülh istədiyini, kimin isə işğalçılıq siyasəti yürüdərək hücum xarakterli silahlar əldə etdiyini beynəlxalq ictimaiyyətə aydın şəkildə nümayiş etdirir.

***

Комментарий Пресс-службы МИД АР относительно мыслей министра обороны Армении, озвученных им для общественного телевидения этой страны

Запугать Азербайджан такого рода популистскими заявлениями официальных лиц Армении, носящими пропагандистский характер, невозможно. Пусть армянский министр не полагает, что сейчас первые годы независимости, когда в начале 1990-х годов, пользуясь тем, что Азербайджан был погружён во внутренние распри, они захватили его земли. Сегодня Азербайджан под руководством Президента страны, Верховного Главнокомандующего Ильхама Алиева обладает достаточно сильными, профессиональными, преисполненными решимости и способными освободить оккупированные земли патриотичными Вооружёнными Силами. Сильная экономика Азербайджана, успешная внутренняя и внешняя политика превратили его в безусловного регионального лидера.

Выступление министра обороны Армении с заявлением о приобретении наступательных вооружений в день, когда 27 лет тому назад его страна осуществила геноцид мирного населения азербайджанского города Ходжалы, служит очевидным показателем явно агрессивной политики. Хотели бы напомнить, что в то время, когда в начале 2016 года шло обсуждение конкретных планов в связи с урегулированием конфликта, именно армянская сторона приняла новую военную доктрину наступательного характера и 2 апреля вдоль линии соприкосновения войск осуществила обстрел из тяжёлых вооружений районов плотного проживания населения, сделав своими мишенями различные местности, где располагались в том числе школы, больницы и места религиозного поклонения, что привело к известным апрельским событиям.

Это заявление министра обороны Армении ясно показывает  международной общественности, кто на самом деле хочет мира, а кто, проводя политику агрессии, приобретает оружие наступательного характера.       

növbəti xəbər əvvəlki xəbər