2019-02-26
No:037/19, Xarici işlər naziri Elmar Məmmədyarov Şimali Makedoniyanın xarici işlər nazirinin müavini Andrey Zernovski ilə görüşdü

Cenevrəyə işgüzar səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Şimali Makedoniyanın xarici işlər nazirinin müavini Andrey Zernovski ilə görüşdü.

Görüş zamanı tərəflər Azərbaycan və Şimali Makedoniya arasında əlaqələrin cari vəziyyəti haqqında fikir mübadiləsi apardılar. Münasibətlərin daha da inkişaf etdirilməsi məqsədilə qarşılıqlı səfər mübadiləsinin əhəmiyyəti vurğulandı.

Həmçinin tərəflər iqtisadi əməkdaşlığı və sərmayə qoyuluşunu artırmaq məqsədilə biznes forumlarının keçirilməsinin zəruriliyini bildirdilər.

Görüş zamanı, habelə tərəflər enerji sahəsində ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə etdilər.

 

növbəti xəbər əvvəlki xəbər