2019-02-26
No:035/19, Xarici işlər naziri Elmar Məmmədyarov İndoneziyanın xarici işlər naziri ilə görüşdü
Cenevrəyə işgüzar səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov İndoneziyanın xarici işlər naziri Retno Marsudi ilə görüşdü.

Görüş zamanı iki ölkə arasındakı əməkdaşlıq əlaqələri barədə fikir mübadiləsi aparıldı və siyasi münasibətlərin cari səviyyəsindən məmnunluq ifadə olundu. Eyni zamanda tərəflər beynəlxalq təşkilatlar, ələxüsus BMT çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etdilər.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran məsələlər barəsində fikir mübadiləsi aparıldı.

növbəti xəbər əvvəlki xəbər