2018-12-24
No:335/18, Xarici işlər naziri Elmar Məmmədyarov Braziliya Federativ Respublikasının yeni təyin olunmuş səfirini qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Braziliya Federativ Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunan səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruzu qəbul etdi.

Görüş zamanı tərəflər iki ölkə arasındakı münasibətlərin hazırkı durumunu yüksək qiymətləndirdilər, eyni zamanda münasibətlərin daha da inkişafı üçün böyük potensialın mövcud olduğunu qeyd etdilər.

Tərəflər Azərbaycan və Braziliya arasında yüksək səviyyəli qarşılıqlı səfər mübadiləsinin ikitərəfli əməkdaşlığın daha da irəli aparılması baxımından vacibliyini ifadə etdilər.

Səfir Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi.

Nazir Elmar Məmmədyarov Braziliyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzuladı.
növbəti xəbər əvvəlki xəbər