2018-12-24
No:334/18, Xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanının yeni təyin olunmuş səfirini qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasına yeni təyin olunan səfiri Hamad Abdulla Xudayiri qəbul etdi.

Görüş zamanı ikitərəfli siyasi münasibətlərin inkişafından məmnunluğunu ifadə edən tərəflər iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətini, o cümlədən biznes forumların keçirilməsinin vacibliyini vurğuladılar. Habelə tərəflər enerji, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə etdilər.

Səfir Hamad Abdulla Xudayir etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi.

Nazir Elmar Məmmədyarov Səudiyyə Ərəbistanının yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzuladı.
növbəti xəbər əvvəlki xəbər