2018-11-08
No:303/18, Xarici işlər naziri Elmar Məmmədyarov Avstriya Respublikasının yeni təyin olunmuş səfirini qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Avstriya Respublikasının ölkəmizə yeni təyin olunan səfiri Bernd Aleksandr Bayerli qəbul etdi.
 
Tərəflər iki ölkə arasında əməkdaşlıq münasibətlərinin inkişaf perspektivlərini müzakirə etdilər, bu xüsusda iqtisadi, nəqliyyat, energetika, kənd təsərrüfatı və digər sahələrdə qarşılıqlı faydalı münasibətlərin dərinləşdirilməsinin əhəmiyyətini qeyd etdilər.
 
İki ölkə arasında yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verdiyi vurğulandı.

Səfir Bernd Aleksandr Bayerl etimadnaməsinin surətini Nazir Elmar Məmmədyarova təqdim etdi.
 
Nazir Avstriyanın yeni təyin olunmuş səfirinə diplomatik fəaliyyətində uğurlar arzuladı.
 
növbəti xəbər əvvəlki xəbər