2018-09-29
No:247/18, Xarici işlər naziri Elmar Məmmədyarov Nyu Yorkda Monqolustanın xarici işlər naziri Damdin Tsogtbatar ilə görüşdü

Xarici işlər naziri Elmar Məmmədyarov 28 sentyabr tarixində Nyu Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Monqolustanın xarici işlər naziri Damdin Tsogtbatar ilə görüşdü.

Nazirlər bir sıra ikitərəfli əməkdaşlıq məsələləri, o cümlədən siyasi və iqtisadi əlaqələrin inkişaf etdirilməsi məsələlərini müzakirə etdi, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq əhəmiyyətli məsələlər ətrafında fikir mübadiləsi apardı.

Görüş zamanı Nazirlər “Azərbaycan Respublikası Hökuməti və Monqolustan Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik olan şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş” imzaladılar.


 
 
 
növbəti xəbər əvvəlki xəbər