2018-09-28
No:236/18, Xarici işlər naziri Elmar Məmmədyarov Qətər Dövləti və Litva Respublikasının xarici işlər nazirləri ilə Nyu Yorkda görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Qətər Dövlətinin Baş nazirinin müavini və xarici işlər naziri Şeyx Mohammed bin Abdulrahman Al-Tani və Litva Respublikasının xarici işlər naziri Linas Linkeviçius ilə Nyu Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyasında görüşüb.
 
Tərəflər ikitərəfli əməkdaşlıq münasibətləri üzrə geniş fikir mübadiləsi aparıb və BMT Baş Assambleyasının 73-cü sessiyasının gündəliyinin qarşılıqlı maraq doğuran məsələlərini müzakirə edib.


növbəti xəbər əvvəlki xəbər