2018-09-27
No:228/18, Xarici işlər naziri Elmar Məmmədyarov Rumıniya Baş nazirinin Strateji Tərəfdaşlıqların yerinə yetirilməsi məsələləri üzrə müavini Ana Birçal ilə Nyu-Yorkda görüşdü

Xarici işlər naziri Elmar Məmmədyarov Rumıniya Baş nazirinin Strateji Tərəfdaşlıqların yerinə yetirilməsi məsələləri üzrə müavini Ana Birçal ilə Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində görüşdü.

Tərəflər iqtisadi əməkdaşlıq məsələlərinə xüsusi vurğu etməklə ikitərəfli əməkdaşlıq gündəliyi, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə geniş fikir mübadiləsi apardı.

Görüş zamanı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Rumıniya Xarici İşlər Nazirliyi arasında məsləhətləşmələrə dair 2019-2020-ci illər üzrə Birgə Fəaliyyət Planı imzalandı.

növbəti xəbər əvvəlki xəbər