2018-09-26
No:218/18, Azərbaycan Respublikası ilə San-Tome və Prinsipi Demokratik Respublikası arasında diplomatik əlaqələr qurulub
Xarici işlər naziri Elmar Məmmədyarovun San-Tome və Prinsipi Demokratik Respublikasının xarici işlər və icmalar naziri Urbino Botelho ilə Nyu-Yorkda görüşü keçirilib. 

BMT Baş Assambleysının 73-cü sessiyası çərçivəsində keçirilən bu görüş zamanı tərəflər "Azərbaycan Respublikası və San Tome və Prinsipi Demokratik Respublikası arasında diplomatik əlaqələrin yaradılmasına dair birgə kommünike" sənədi imzalayıblar. 

Fotolar Azərtac ©


növbəti xəbər əvvəlki xəbər