2018-09-25
No:216/18, Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Venesuela və Baham Adalarının xarici işlər nazirləri ilə görüşdü
 
Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda Venesuela Bolivar Respublikasının xarici işlər naziri Jorge Areaza və Baham Adaları Birliyinin xarici işlər naziri Daren Alan Henfild ilə ikitərəfli görüşlər keçirdi.
 
Nazirlər ikitərəfli münasibətləri müzakirə etdi və qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər, həmçinin BMT Baş Assambleyasının 73-cü sessiyasının gündəliyi üzrə fikir mübadiləsi apardılar. 
 

növbəti xəbər əvvəlki xəbər