2018-08-29
No:186/18, Xarici işlər naziri Elmar Məmmədyarov Argentinanın Azərbaycan Respublikasındakı səfiri Carlos Dante Rivanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib

Görüş zamanı iki ölkə arasındakı əməkdaşlıq və siyasi dialoqun inkişafından məmnunluq ifadə olundu və iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün birgə səylərin artırılmasının vacibliyi vurğulandı. 

Səfir Carlos Dante Riva diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirdi.

Nazir Elmar Məmmədyarov səfir  Carlos Dante Rivaya ölkələrimiz arasında əlaqələrin inkişafına verdiyi töhfələrinə görə təşəkkür etdi və  gələcək fəaliyyətində uğurlar arzuladı.

növbəti xəbər əvvəlki xəbər