2018-08-28
No:185/18, Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın Azərbaycan Respublikasına təyin olunmuş yeni fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradzeni qəbul edib
Etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edən səfir Zurab Pataradze Azərbaycana təyin olunmasından məmnun olduğunu və fəaliyyəti dövründə iki ölkə arasında ənənəvi dostluq münasibətlərinin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırdı. 
 
Nazir Elmar Məmmədyarov səfir Zurab Pataradzeyə diplomatik fəaliyyətində uğurlar arzu etdi. 
 
Görüş zamanı həmçinin, Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın gələcək inkişaf perspektivləri, regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri haqqında fikir mübadiləsi aparıldı.

növbəti xəbər əvvəlki xəbər