2018-07-27
No:179/18, Azərbaycan və Rusiya Xarici İşlər nazirlikləri arasında xarici siyasətin informasiya təminatı mövzusunda məsləhətləşmələr keçirilib
Azərbaycan Respublikası və Rusiya Federasiyası Xarici İşlər Nazirlikləri arasında fəaliyyət proqramına uyğun olaraq Bakıda xarici siyasətin informasiya təminatı mövzusunda məsləhətləşmələr keçirilib.

Məsləhətləşmələrə Azərbaycan tərəfindən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev və Rusiya tərəfindən XİN-in İnformasiya və mətbuat departamentinin direktoru Mariya Zaxarova rəhbərlik edib.

Görüşdə Azərbaycan və Rusiya arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində inkişafından məmnunluq ifadə olundu. Məsləhətləşmələr çərçivəsində kütləvi informasiya vasitələri və sosial şəbəkələrlə iş, rəqəmsal diplomatiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu və qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsi aparıldı. Bu formatda məsləhətləşmələrin davam etdirilməsinin vacibliyi vurğulandı.








növbəti xəbər əvvəlki xəbər