2018-07-23
No:175/18, Türkiyənin Xarici İşlər naziri Azərbaycana rəsmi səfər edəcək
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu iyulun 24-də Azərbaycana rəsmi səfər edəcək.

Səfər çərçivəsində xarici işlər naziri Mövlud Çavuşoğlunun xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Görüşdən sonra Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin birgə mətbuat konfransı nəzərdə tutulur. Mətbuat konfransında iştirak etmək niyyətində olan KİV nümayəndələrinin 24 iyul tarixində saat 17:20-dən gec olmayaraq Xarici İşlər Nazirliyinə gəlmələri xahiş olunur.

Mətbuat konfransında iştirak etmək üçün KİV nümayəndələri təmsil etdikləri qurum tərəfindən verilmiş vəsiqələrini, xarici KİV nümayəndələri isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər.
növbəti xəbər əvvəlki xəbər