2018-06-06
No:144/18, Xarici işlər naziri Elmar Məmmədyarov Perunun Azərbaycan Respublikasına təyin olunan ilk fövqəladə və səlahiyyətli səfiri Mariya Milaqros Kastanyon Seoaneni qəbul edib
Görüşdə səfir Mariya Seoane etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim etdi.

Nazir Elmar Məmmədyarov Mariya Seoaneni Azərbaycana səfir təyin olunması münasibətilə təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı.

Səfir Mariya Seoane fəaliyyəti dövründə iki ölkə arasında əlaqələrin daha da inkişafı naminə səylərini əsirgəməyəcəyini vurğuladı.

növbəti xəbər əvvəlki xəbər