2018-05-31
No:139/18, Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorka səfəri çərçivəsində Ukraynanın xarici işlər naziri Pavlo Klimkin ilə görüşüb
Nazirlər ölkələrimiz arasında əlaqələrin mövcud səviyyəsindən və siyasi dialoqun inkişafından məmnunluq ifadə etdilər. Onlar bu xüsusda Azərbaycan Respublikası və Ukrayna arasında yüksək səviyyəli məsləhətləşmə mexanizmi olan Prezidentlər Şurası, Hökumətlərarası birgə Komissiya, Azərbaycan–Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyətini, habelə XİN-lərarası siyasi məsləhətləşmələrin rolunu yüksək qiymətləndirdilər.

Tərəflər Şimal-Cənub, Şərq-Qərb və Cənub-Qərb marşrutlarını qeyd edərək bu layihələrin ölkələrimiz arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar açdığını bildirdilər.

Görüş əsnasında nazirlər BMT və onun ixtisaslaşmış qurumları, ATƏT, Avropa Şurası, QDİƏT, GUAM və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini nəzərdən keçirdilər.

Söhbət zamanı ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi, enerji, elm-təhsil, turizm, kənd-təsərrüfatı, mədəniyyət, əczaçılıq və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi.

Görüşdə nazirlər həmçinin, beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi apardılar.
növbəti xəbər əvvəlki xəbər