2018-04-30
No:106/18, Xarici işlər naziri Elmar Məmmədyarov Kosta Rikanın xarici işlər naziri ilə görüşüb
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda işgüzar səfərdə olan Kosta Rikanın xarici işlər naziri Manuel Qonsales Sanz ilə görüşüb. Nazirlər ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişaf perspektivlərini müzakirə ediblər. Nazir Elmar Məmmədyarov iki ölkə arasında dostluğun və əməkdaşlığın inkişafına verdiyi töhfəsinə görə həmkarını XİN-nin Fəxri fərmanı ilə təltif edib.

növbəti xəbər əvvəlki xəbər