2018-04-12
No:101/18, Xarici işlər naziri Elmar Məmmədyarov Çex Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonkanı diplomatik fəaliyyətinin baş çatması ilə əlaqədar qəbul edib
Görüşdə tərəflər Azərbaycan və Çexiya arasında ikitərəfli münasibətlərin hazırkı durumu, son illər əldə edilmiş uğurlar və əməkdaşlıq perspektivləri barəsində fikir mübadiləsi apardılar.

V.Pivonka diplomatik fəaliyyəti ərzində ikitərəfli münasibətlərin daha da irəlilədilməsi məqsədilə səylərini əsirgəmədiyini bildirdi və bu istiqamətdəki təşəbbüslərin dəstəklənməsinə görə Azərbaycan hökumətinə təşəkkür etdi. O, Azərbaycanı çox sevdiyini və ölkəmizdən xoş təəssüratlarla ayrıldığını vurğuladı.

E.Məmmədyarov fəaliyyəti müddətində V.Pivonkanın dövlətlər arasında münasibətlərin inkişafına töhfə verdiyini bildirərək ona təşəkkür etdi və gələcək fəaliyətində uğurlar arzuladı.

növbəti xəbər əvvəlki xəbər