2018-03-13
No:061/18, Xarici İşlər Naziri Elmar Məmmədyarovun ATƏT-in Parlament Assambleyasının İpək Yoluna dəstək Qrupunun Beynəlxalq Bakı Konfransında çıxışı
Bakı, 13 mart 2018-ci il

ATƏT Parlament Assambleyasının prezidenti, hörmətli cənab George Tsereteli

ATƏT PA-nın Baş katibi cənab Roberto Montella

Xanımlar və cənablar,

İlk öncə, ATƏT-in nəqliyyat və ticarət məsələlərinə diqqət ayırmasını təqdir etmək istərdim. ATƏT çərçivəsində əməkdaşlığın təməl sütunlarından biri olaraq və müəyyən mənada, digərləri ilə müqayisədə nəticə baxımından daha səmərəli şərtlərlə bu iştirak, iştirakçı dövlətlərin ATƏT-in hərtərəfli təhlükəsizlik konsepsiyasında iqtisadi ölçülərin substantiv əhəmiyyətini Helsinki Yekun Aktında bir daha təsdiq etdikləri 1975-ci ilə gedib çıxır. Bununla, onlar daşımaların şərtlərinin yaxşılaşdırılmasının və ticarətə texniki maneələrin aradan qaldırılmasının üzv dövlətlər arasında əməkdaşlığın inkişafında zəruri faktorlardan biri olduğunu qəbul edirlər.

Səmərəli çoxmodullu nəqliyyat dəhlizlərinin qurulması yolu ilə ticarətin asanlaşdırılması və regiondaxili və transregional infrastruktur uzlaşması ATƏT məkanında davamlı iqtisadi artıma töhfə verə bilər və verəcək. Xüsusilə də, ATƏT-in yaxşı idarətetmə və uzlaşma ilə bağlı Hamburq Nazirlər Şurası, o cümlədən nəqliyyat ilə bağlı bütün müvafiq ATƏT sənədləri və qərarları bu xüsusda əməkdaşlıq üçün faydalı çərçivə ilə təmin edir.

Bununla yanaşı, biz bu prosesi daha inkluziv etməliyik və burada uzlaşma gündəliyinin təşviqində parlamentarilərin roluna vurğu etmək istərdim. Azərbaycanın Xarici İşlər Nazirliyi İpək Yoluna Dəstək Qrupunun yaradılmasını alqışlayır. Bugün burada 22 iştirakçı dövlət vardır. Əlbəttə ki, bu rəqəm arta bilər. İnanıram ki, bu qrup ticarət dəhlizlərinin möhkəmləndirilməsi məqsədilə əsas element kimi regional nəqliyyat infrastrukturu məsələlərində dialoq üçün platforma rolunu oynayır. Zənnimcə, bu regionda uzlaşmanın təşviqi üzrə bu qrupun gündəliyə töhfə verə biləcəyi daha bir elementdir. Sizlərin Bakıda bu məsələni müzakirə etməyə toplaşdığınızı görmək heç də təsadüfi deyildir.

Son illər mənim ölkəm qeyri-neft sektorunun, xüsusilə nəinki Azərbaycanda, həmçinin region boyunca nəqliyyat infrastrukturlarına sərmayə qoymaqla və tikintisini həyata keçirmərklə əhəmiyyətli addımlar atmışdır. Bununla yanaşı, regionlararası ticarət dəhlizlərini uğurla dəstəkləmək və inkişaf etdirmək məqsədilə ölkədə möhkəm davamlı siyasi və makroiqtisadi sabitliyə nail olmaq və inkişaf etdirmək zəruri idi. Bu xüsusda, Azərbaycan bir neçə illər əvvəl neft və qaz sənayesində xarici şirkətlər üçün əlverişli, liberal investisiya mühitini təmin etməklə artıq özünü sübut etmişdir. Yeni və hələ də genişlənən Bakı Limanının ətrafında Ələtdə Azad İqtisadi Zona yaratmaqla bu dəfə ticarət-logistika sektorunda daha belə bir addım atdıq. Azad İqtisadi Zonanın məqsədi regiondan bir çox ölkələrin iqtisadiyyatını və çoxsaylı ticarət marşrutlarını qidalandıra bilən regional ticarət-logistika qovşağı kimi Azərbaycanın cəlbediciliyini artırmaqdır. Onun məqsədi Avropa və Asiya boyunca ticarəti asanlaşdırmaq və bununla ticarət və investisiya təşviqinin müasir vasitələrini tətbiq etməklə qədim İpək Yolu haqqında ideyanı canlandırmaqdır. Ümidvarıq ki, bu qanunun qəbulu Azərbaycanın Avropa və Asiya ilə ticarət, logistika və investisiya əlaqələrini daha da möhkəmləndirəcəkdir. Azərbaycan nəqliyyat şəbəkələrinə, logistika mərkəzlərinə də biznes və investisiya mühitinin yaxşılaşmasına sərmayə qoyuruq. Bütün bunlar ticarətə xidmət edir.

Bu, Prezident İlham Əliyevin strateji baxış və fəlsəfəsinin tərkib hissələridir.

Bu məqsədə uyğun olaraq Azərbaycan Hökumətinin əsas prioritetləri arasında Şərq-Qərb və Şimal-Cənub oxları boyunca qonşu dövlətlər və ATƏT-in digər maraqlı iştirakçı dövlətləri ilə tərəfdaşlıqda regional və regionlararası çoxmodullu nəqliyyat dəhlizlərinin inkişafıdır.

Yalnız Çin və Aİ arasında ticarətin həcminin 500 milyard avro olduğunu nəzərə alsaq aydın olur ki, bir-biri ilə münaqişə və ya rəqabətdə deyil, bir-birini tamamlayan etibarlı ticarət marşrutları diversifikasiya olmalıdır. Buna görə, Azərbaycan, Qazaxıstan, Gürcüstan və Ukrayna Şərq-Qərb ticarət dəhlizi strategiyasının məhək daşı kimi ali məqsədi Şərqi Asiya ilə Avropanı əlaqələndirəcək olan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunu irəli sürmüşlər. Bu, iştirakçı dövlətlərin dəmir yolu şirkətlərinin, dəniz limanlarının və dənizçilik şirkətlərinin korporativ institusional təşəbbüsüdür. Bu marşrut boyunca ikitərəfli ticarət axını Qara dəniz və Türkiyə boyunca inkişaf edə bilər. Bununla yanaşı, Rumıniya və Bolqarıstanda da bu ticarət marşrutuna qoşulmaq ilə bağlı marağın artması əlamətləri vardır. Bizim iklin hesablamamız gələcək illərdə təxminən 3-4 milyon ton məhsulun nəql edilməsidir və bundan sonra ildə 8 milyon ton həcmə nail olmaqdır.

Bu xüsusda və bu məqsədi nəzərdə tutaraq biz birinci mərhələdə 6-7 milyon ton yük ötürücü qabiliyyəti olan və ondan sonrakı ildə 17 milyon ton artırmağı nəzərdə tutan strateji sütun olan Bakı-Tbilisi-Qars dəmiryolunu inşa etdik. Ötən oktyabr ayında istifadəyə verilmiş və Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə bu dəmir yolu trans-Avropa və trans-Asiya dəmir yolu şəbəkələrini əlaqələndirəcək, Avropa və Asiya arasında etibarlı və inteqrasiya edilmiş dəmir yolu ilə yük daşımaları əlaqəsinə əhəmiyyətli dərəcədə töhfə verəcək və iştirakçı ölkələrin nəqliyyat və tranzit qabiliyyətini artıracaq və bölgədə iqtisadi artım, sabitlik və rifahı artıracaq Yeni İpək Yolu adlandırılan qitələrarası dəhlizin əsas hissəsidir. Həmçinin, Bakı-Tbilisi-Qars dəmir yolunun ilk mərhələdə bir milyon sərnişin və bir neçə il ərzində 3 milyon sərnişin daşıyacağı, bununla da müxtəlif regionlar boyunca insanların hərəkətlərinə, onların rifahına və mədəniyyətlərarası əlaqələrdə artıma yol açacağı gözlənilir. Bakı-Tbilisi-Qars nəinki Azərbaycan, Gürcüstan və Türkiyə üçün, həmçinin, Asiya və Evropa ölkələri üçün də imkanlar açacaqdır. Bu, Lapis Lazuli ticarət və tranzit dəhlizində Əfqanıstanın ticarət potensialını artırmaq və onu Avropaya birləşdirmək məqsədi daşıyan mühüm bir əlaqədir.

Təsadüfi deyildir ki, Xəzər regionu və Orta Asiyanın daxili və xaricində olan bir çox ölkələr bu dəmir yolundan ticarət məqsədləri üçün istifadə etməyə maraq göstərirlər. Aİ-ın bu dəmir yolu əməliyyatlarına daxil olmasını alqışlayan bəyanatı bu layihənin yalnız bu əsas region üçün deyil, həm də Avropa üçün əhəmiyyətini tanımasının göstəricisidir. Qeyd etmək lazımdır ki, Azərbaycan Aİ ilə ticarət-nəqliyyat sahəsində əməkdaşlıq perspektivini araşdırmaq niyyətindədir. Bəyanatlar və deklarasiyalarla özümüzü məhdudlaşdırmayaraq, Avropa Birliyinin praktik baxımından Azərbaycan və onun ticarət dəhlizlərinə Trans-Avropa nəqliyyat şəbəkələrinin genişləndirilməsi prosesində necə dəstək və töhfə verdiyini görmək istərdik. Ötən ilin noyabr ayında Avropa Komissiyasının vitse-prezidenti xanım Mogerini ilə birlikdə bu mövzuda Yüksək Səviyyəli Sənədə imza atmağım Azərbaycanın BTQ və digər layihələrin birgə faydaları və vizionunu Avropalı tərəfdaşlarımızla həyata keçirmək öhdəliyinin göstəricisidir.

Hindistan, İran ilə Türkiyə və Avropa arasında körpü salmaq məqsədi daşıyan başqa bir ticarət dəhlizi də var ki, bu Cənub-Qərb beynəlxalq nəqliyyat marşrutudur. Bu marşrutu Polşa, Ukrayna, Gürcüstan, İran və Azərbaycan dəmir yolu səlahiyətliləri birgə inkişaf etdirirlər. Bununla yanaşı, Almaniya dəmir yolu şirkəti “Deutsche Bahn” və “DB Schenker” ilə keçirilən müzakirələr bu yaradıcı-ticarət layihələrində aparıcı logistika şirkətlərinin böyük kommersiya maraqları olduğunu göstərir. Həqiqətən, bazarları Cənub-Qərb dəhlizi vasitəsilə ilə işləyən ölkələr arasında ümumi ticarət 200 milyard ABŞ dollarından çoxdur. Bu ticarət dəhlizinin potensialı olduqca böyükdür.

Azərbaycan, eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin daha da inkişaf etdirilməsində fəal iştirak edir ki, bu da İran və Rusiyadan keçməklə körfəz ölkələrindən Avropaya yüklərin daşınmasına imkan verəcək. Azərbaycan 2005-ci ildə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə qoşulmuşdur və o vaxtdan bəri bir tərəfdən Şimali Avropa, Almaniya, Rusiya, o biri tərəfdən isə Cənub-Qərbi Asiya və Cənubi Asiya arasında ticarət axınlarını sadələşdirmək üçün bir sıra əhəmiyyətli addımlar atmış və qərarlar qəbul etmişdir. Bu dəhliz vasitəsilə ticarət axınının proqnozu ilk tam miqyaslı əməliyyat zamanı ilə 3 milyon ton və sonrakı inkişaf mərhələsində 20-30 milyon ton məhsul arası dəyişir. Bu dəhlizdə Avropanın və Asiyanın müxtəlif bölgələri arasındakı marşrutların çoxluğu nəzərə alınırsa, əsasən illik 20 milyard ABŞ dolları dəyərində ticarət potensialından söhbət gedir.

Azərbaycan Hökumətinin uzlaşmanı təşviq etmək üçün digər bir prioritet sahəsi tranzit və ticarətdə daha şəffaf gömrük proseslərinə imkan verən effektiv ticarət formalaşması, idxal, ixrac və tranzit sərhəd prosedurlarını sadələşdirməklə nəqliyyat və ticarətin asanlaşdırılmasında yaxşı idarəetmədir. E-imza prinsipi əsasında e-deklarasiya sistemi kimi ticarətin sadələşdirilməsi tədbirlərində informasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirilir. Və mən əminəm ki, bu gün müxtəlif natiqlərdən həmin işlərin müxtəlif aspektlərini eşidəcəksiniz.

Sonda qeyd etmək istərdim ki, təmaslar və iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi, iqtisadi sahədə qarşılıqlı iqtisadi əlaqələrin və əməkdaşlığın inkişaf etdirilməsində iştirak edən dövlətlər arasında münasibətləri istiqamətləndirən prinsiplərə tam şəkildə riayət edildiyi təqdirdə regional təhlükəsizliyə kömək edə bilər. Bu xüsusda, Helsinki Yekun Aktinda təsbit edilmiş xüsusilə, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə tam hörmət prinsiplərini vurğulamaq lazımdır. Bu baxımdan, ATƏT-in iştirakçı dövlətlərinin 2010-cu il Astana Bəyannaməsini xatırlamaq yerinə düşər. İştirakçı dövlətlər Helsinki Yekun Aktında nəzərdə tutulan və iqtisadi əməkdaşlığın dövlətlərarası dinc münasibətlərlə bağlı olduğunu təsbit edən hərtərəfli, kooperativ, bərabər və bölünməz təhlükəsizlik konsepsiyasına sadiq olduqlarını bir daha vurğuladılar.

Azərbaycan məhz bu dövlətlərarası dinc münasibətlər və iqtisadi əməkdaşlıq öhdəliyi ruhu ilə ticarət dəhlizlərini və nəqliyyat infrastruktur layihələrini təşviq edir. Bu məqsədlə, biz, həmçinin, inklusiv regional əməkdaşlığın siyasi və ticari cəhətdən zəruri arxitekturasını gücləndirmək üçün regional və sub-regional dövlətlərarası çərçivələr şəbəkəsini də yaratdıq. Maneələrin aradan qaldırılması, regional və regionlararası uzlaşma layihələrində müxtəliflik yaratmaq mənim ölkəmin ikitərəfli münasibətlərində və tərəf olduğu bütün beynəlxalq və regional iqtisadi təşkilatlarda önəm verdiyi istiqamətlərindən biridir.

Müxtəlif dini, iqtisadi və ya siyasi konfessiyalara məxsus olmaq maneələr yaratmamalıdır. Beləliklə, xalqlar bir-biri ilə ticarət edir, bir-birinin iqtisadiyyatlarına sərmayə qoyur və bir-birinə qarşılıqlı hörmət və etimad əsasında dəstək olurlar. İpək Yolunun məqsədi maraqlı və istəkli olan hər kəs üçün paylaşılan bir mənfəətdir. Bakını tərk edərkən özünüzlə götürməyinizi xahiş etdiyim bir ismarıc varsa, o da budur: Azərbaycan indiyədək bu mənfəət və dəyərlərə töhfə vermək üçün səylə çalışmışdır və və bu məqsəd naminə daha da fəal olmağa hazırdır.

Təşəkkür edirəm.
növbəti xəbər əvvəlki xəbər