2017-12-18
No:361/17, Xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib (AZ/RU)
Görüş zamanı Azərbaycan və Rusiya arasında münasibətlərin hazırkı səviyyəsindən, yüksək səviyyəli səfərlər mübadiləsindən məmnunluq ifadə olundu.

Səfir Doroxin fəaliyyət müddəti ərzində Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylə çalışdığını bildirdi və ölkələr arasında münasibətlərin səmimi xarakterinin bundan sonra da davam etdiriləcəyinə, əldə olunmuş təcrübənin hər iki dövlət və xalqların maraqları naminə istifadə ediləcəyinə ümidvar olduğunu vurğuladı. V.Doroxin həmçinin Azərbaycanın sabitliyi və tərəqqisi istiqamətində Azərbaycan hökumətinə uğurlar arzuladı.

Nazir Elmar Məmmədyarov fəaliyyəti müddətində səfir Vladimir Doroxinin dövlətlər arasında münasibətlərin inkişafına töhfə verdiyini bildirərək, ona təşəkkür etdi və gələcək fəaliyyətində uğurlar arzuladı.

----

Министр иностранных дел Эльмар Мамедъяров принял посла Российской Федерации в Азербайджане Владимира Дорохина по случаю завершения его дипломатической миссии

В ходе встречи стороны выразили удовлетворение нынешним уровнем отношений и регулярным обменом визитами на высоком уровне между Азербайджаном и Россией.

Посол Дорохин сказал, что он сделал все возможное для содействия укреплению двусторонних отношений между Азербайджаном и Россией в период его пребывания на посту посла и выразил надежду, что искренний характер отношений будет продолжаться, и накопленная практика послужит интересам обоих государств и народов. Владимир Дорохин пожелал успеха правительству Азербайджана в политике по дальнейшему укреплению стабильности и прогресса Азербайджана.

Эльмар Мамедъяров поблагодарил посла Владимира Дорохина за его вклад в развитие отношений между двумя странами и пожелал ему успехов в его будущей деятельности.


 
növbəti xəbər əvvəlki xəbər