2017-11-29
No:343/17, Xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Əfqanıstan üzrə xüsusi nümayəndəsi Səfir Roland Kobianı qəbul edib
Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı, Əfqanıstanın yenidən qurulması işində əməkdaşlığın inkişaf etdirilməsində qarşılıqlı maraq ifadə olundu. Bu xüsusda, Azərbaycanın ev sahibliyi edəcəyi “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransının əhəmiyyəti vurğulandı.

Nazir Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, habelə Şərq-Qərb marşrutu, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarından danışdı və Əfqanıstanın da bu layihələrdən faydalana biləcəyini diqqətə çatdırdı.

Səfir Roland Kobia Azərbaycanın Əfqanıstanın inkişafı üçün gördüyü işləri təqdir etdi.

növbəti xəbər əvvəlki xəbər