2017-10-03
No:280/17, Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov etimadnaməsini Paraqvay Respublikasının Prezidenti cənab Orasio Kartesə təqdim edib
Etimadnamənin təqdim olunması mərasimi əsnasında keçirilmiş görüşdə səfir R.Aslanov Azərbaycan Prezidenti cənab İlham Əliyevin salamlarını Paraqvay Prezidentinə çatdırıb.

Prezident cənab O.Kartes də öz növbəsində onun salamlarının və ən xoş arzularının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib.

Görüşdə səfir R.Aslanov Prezident cənab O.Kartesə Azərbaycan haqqında ətraflı məlumat verib. Görüş zamanı Azərbaycan və Paraqvay arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Prezident cənab O.Kartes səfir R.Aslanova diplomatik fəaliyyətində uğurlar arzu edib.

növbəti xəbər əvvəlki xəbər