2017-09-07
No:234/17, Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın yeni təyin olunmuş səfirini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Viktor Szederkenini qəbul edib.

Görüşdə səfir Viktor Szederkeni etimadnaməsinin surətini Nazir Elmar Məmmədyarova təqdim etdi.

Səfir Viktor Szederkeni ölkəsinin enerji, nəqliyyat, turizm, mədəniyyət və digər sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməcəyini bildirdi.

Nazir Elmar Məmmədyarov səfir Viktor Szederkeni diplomatik fəaliyyətində uğurlar arzu etdi.

 

 

 

növbəti xəbər əvvəlki xəbər

DİPLOMATİYA ALƏMİ JURNALİ