2017-09-07
No:233/17, Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasının Bakı ofisinin rəhbərini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasının Bakı ofisinin rəhbəri xanım Draqana Filipoviçi diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Görüşdə xanım Dragana Filipoviç diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın hazırkı vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Nazir Elmar Məmmədyarov xanım Dragana Filipoviçə gələcək fəaliyyətində uğurlar arzu edib.

növbəti xəbər əvvəlki xəbər

DİPLOMATİYA ALƏMİ JURNALİ