2017-08-01
No:213/17, Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Respublikası və Sudan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə sudanlı həmkarına təbrik məktubu ünvanlayıb

Xarici işlər naziri Elmar Məmmədyarov 25 iyul 2017-ci il tarixində Azərbaycan Respublikası və Sudan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə Sudan Respublikasının xarici işlər naziri İbrahim Qandura təbrik məktubu ünvanlayıb.

Elmar Məmmədyarov həmkarına ünvanladığı məktubunda ötən 25 ildə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar, xüsusilə BMT və İƏT çərçivəsində həyata keçirilən səmərəli əməkdaşlığın iki ölkə arasında münasibətlərin inkişafına təkan verdiyini bildirib.

Nazir həmçinin BMT, İƏT, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminliyin ifadə edib. Beynəlxalq təşkilatlar çərçivəsində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü pisləyən, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyən qətnamələrin qəbul edilməsində dost Sudanın göstərdiyi dəstəyə görə minnətdarlığın bildirib.

Elmar Məmmədyarov iki ölkə arasında mövcud dostluq münasibətlərinə söykənərək, birgə səylərlə ikitərəfli əməkdaşlığın Azərbaycan və Sudanın çiçəklənməsi və hər iki xalqın rifahı naminə daha da inkişaf etdirilməsinə nail olunacağına əminliyin ifadə edib.

 

növbəti xəbər əvvəlki xəbər

AZƏRBAYCAN DÜNYA MEDİASINDA DİPLOMATİYA ALƏMİ JURNALİ