2017-07-21
No:205/17,Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstana rəsmi səfərə gedəcək

Xarici işlər naziri Elmar Məmmədyarov 24 iyul tarixində Macarıstanda rəsmi səfərdə olacaqdır.

Səfər çərçivəsində nazir Elmar Məmmədyarov Macarıstan Xarici İşlər və Ticarət naziri Peter Siyarto və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub. Rəsmi görüşdən sonra Azərbaycan və Macarıstan xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçiriləcəkdir.

3-4 noyabr 2014-cü ildə Macarıstan Xarici İşlər və Ticarət naziri Peter Siyarto Azərbaycan Respublikasına rəsmi səfər edib.

növbəti xəbər əvvəlki xəbər

AZƏRBAYCAN DÜNYA MEDİASINDA DİPLOMATİYA ALƏMİ JURNALİ