2017-05-05
No: 129/17, Xarici işlər naziri Elmar Məmmədyarov Etnik Anlaşma Fondunun prezidenti ravvin Mark Şnayeri qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Etnik Anlaşma Fondunun prezidenti ravin Mark Şnayeri qəbul edib.

Görüşdə Azərbaycan-ABŞ və Azərbaycan-İsrail münasibətlərinın hazırkı vəziyyəti, habelə ABŞ-dakı yəhudi icması ilə ölkəmiz arasında qurulmuş uğurlu əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Mark Şnayer Azərbaycanda tarixən mövcud olan dini dözümlülüyü yüksək qiymətləndirdi və yəhudilərin burada özlərini rahat və təhlükəsiz hiss etdiyini diqqətə çatdırdı. O, həmçinin mədəniyyətlərarası və dinlərarası dialoqın təşviqində Azərbaycanın rolunu xüsusi vurğuladı.

Görüşdə, həmçinin, ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək üçün icmalararası əlaqələrin gücləndirilməsinin vacibliyi qeyd edildi.

növbəti xəbər əvvəlki xəbər
AZƏRBAYCAN DÜNYA MEDİASINDA DİPLOMATİYA ALƏMİ JURNALİ