2017-05-02
No:120/17, İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymin Azərbaycana rəsmi səfər edəcək

3-5 may 2017-ci il tarixində İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Ahmed Əl-Otaimen Azərbaycanda rəsmi səfərdə olacaqdır.

Səfər çərçivəsində katibi Yusif bin Ahmed Əl-Otaimenin 3 mayda xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.

Görüşdən sonra keçiriləcək birgə mətbuat konfransında iştirak etmək niyyətində olan KİV nümayəndələrinin 3 may tarixində saat 11:00-dan gec olmayaraq Xarici İşlər Nazirliyinə gəlmələri xahiş olunur.

Mətbuat konfransında iştirak etmək üçün KİV nümayəndələri təmsil etdikləri qurum tərəfindən verilmiş vəsiqələrini, xarici KİV nümayəndələri isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər.

növbəti xəbər əvvəlki xəbər

DİPLOMATİYA ALƏMİ JURNALİ