2017-04-25
No: 112/17, Litva Respublikasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov bu ölkənin Baş naziri Saulis Skvernyalis ilə görüşüb

Görüşdə Azərbaycan və Litva arasında münasibətlərin hazırkı səviyyəsi və əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

İqtisadi-ticarət əlaqələrin inkişaf etdirilməsinin vacibliyi vurğulanan görüşdə Hökumətlərarası birgə Komissiyanın fəaliyyətinə nəzər salınıb və bu ilin ikinci yarısında komissiyanın növbəti iclasının keçiriləcəyi bildirilib. Hökumətlərarası komissiyanın gündəliyində duran aktual məsələlər ətrafında fikir mübadiləsi aparıldı və ki ölkə arasında kənd-təsərrüfatı, enerji, nəqliyyat, turizm, elm-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanların olduğu qeyd olundu.

Nazir Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat layihələri, o cümlədən Şimal-Cənub, Şərq-Qərb dəhlizləri barədə məlumat verdi, bu layihələrin iqtisadi və vaxt baxımından üstünlüklərindən danışdı. Baltik, Qara və Xəzər dənizi hövlərinin əlaqələndirilməsinə dair Litvanın təşəbbüsü kontekstində Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin vəd etdiyi imkanlar qeyd olundu.

Nazir, həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesinə toxundu və münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməli olduğunu diqqətə çatdırdı.

növbəti xəbər əvvəlki xəbər

DİPLOMATİYA ALƏMİ JURNALİ