2017-04-11
No: 87/17, Xarici işlər naziri Elmar Məmmədyarov Polşa Respublikasına rəsmi səfəri çərçivəsində Polşa Seyminin başçısı Marek Kuçinski ilə görüşüb

Seymin başçısı Azərbaycan ilə əlaqələri xüsusi əhəmiyyət verdiyini və bu xüsusda parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyinə toxundu.

Görüşdə qeyd olundu ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev ümumilikdə 7 dəfə Polşaya səfər edib və bütün Polşa Prezidentləri Bakıda olub.

Seymin başçısı Marek Kuçinski Polşanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafını, Avropa İttifaqı arasında strateji tərəfdaşlığa dair sazişinin imzalanmasını dəstəklədiklərini qeyd etdi.

Nazir Elmar Məmmədyarov Azərbaycan və Polşanın beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığını diqqətə çatdırdı.

Nazir Seymin başçısına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verdi və münaqişənin həllinə dair BMT Təhlükəsizlik Şursının qəbul etdiyi 4 qətnamənin tələblərindən söz açdı. O, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması üçün Ermənistana beynəlxalq təzyiq göstərilməsinin vacibliyini vurğuladı.

növbəti xəbər əvvəlki xəbər

DİPLOMATİYA ALƏMİ JURNALİ