2017-02-10
No: 28/17, Xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstanın ədliyyə naziri Tea Tsulukianin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Görüş zamanı dost və qonşu dövlətlər olan Azərbaycan və Gürcüstan arasında tərəfdaşlığın hərtərəfli inkişafından məmnunluq ifadə olundu.

Tərəflər ölkərimizin ədliyyə, penitensiar və notarial xidmətlər sahəsində uğurlu əməkdaşlığı və qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsinin vacibliyini vurğuladılar.

Görüşdə həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

növbəti xəbər əvvəlki xəbər

DİPLOMATİYA ALƏMİ JURNALİ