2017-02-10
No: 26/17, Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze Azərbaycana rəsmi səfər edəcək

12-13 fevral 2017-ci il tarixində Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze Azərbaycan Respublikasında rəsmi səfərdə olacaqdır.

Səfər çərçivəsində Mixeil Canelidzenin 13 fevralda xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.

Görüşdən sonra keçiriləcək birgə mətbuat konfransında iştirak etmək niyyətində olan KİV nümayəndələrinin 13 fevral tarixində saat 10:45-dən gec olmayaraq Xarici İşlər Nazirliyinə gəlmələri xahiş olunur.

Mətbuat konfransında iştirak etmək üçün KİV nümayəndələri təmsil etdikləri qurum tərəfindən verilmiş vəsiqələrini, xarici KİV nümayəndələri isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər.

növbəti xəbər əvvəlki xəbər

DİPLOMATİYA ALƏMİ JURNALİ