2016-11-04
İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Centiloni Azərbaycan Respublikasına rəsmi səfər edəcəkdir

İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Centiloni 7-8 noyabr tarixlərində Azərbaycan Respublikasında rəsmi səfərdə olacaqdır.

Səfər çərçivəsində Paolo Centiloninin 7 noyabr tarixində xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.

Görüşdən sonra keçiriləcək birgə mətbuat konfransında iştirak etmək niyyətində olan KİV nümayəndələrinin 7 noyabr tarixində saat 18:20-dən gec olmayaraq Xarici İşlər Nazirliyinə gəlmələri xahiş olunur.

Mətbuat konfransında iştirak etmək üçün KİV nümayəndələri təmsil etdikləri qurum tərəfindən verilmiş vəsiqələrini, xarici KİV nümayəndələri isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartlarını təqdim etməlidirlər.

növbəti xəbər əvvəlki xəbər