2016-04-27
Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində Qırğız Respublikasının Mədəniyyət, İnformasiya və Turizm naziri Altınbek Maksutov ilə görüşdü.

Görüşdə iki ölkə arasında mədəniyyət, informasiya, idman və turizm sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri mövzusunda fikir mübadiləsi aparıldı.

Görüşdə həmçinin Azərbaycanda Qırğız, Qırğız Respublikasında Azərbaycan mədəniyyət günlərinin keçirilməsinin nəzərdə tutulduğu qeyd olundu. 

Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında əlaqələrin xalqlarımızın bölüşdüyü ortaq tarix, mədəniyyət və etnik bağlılıq əsasında ikitərəfli və çoxtərəfli formatlarda inkişaf etdiyini bildirdi.

Altınbek Maksutov Bakıda keçirilən VII Qlobal Foruma dəvətə görə Azərbaycan tərəfinə təşəkkürünü çatdırdı, tədbirin işini və məramını yüksək qiymətləndirdi.

Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini də müzakirə etdilər.

növbəti xəbər əvvəlki xəbər