2012-09-28
Nazir Elmar Məmmədyarov Sudanın Xarici Işlər Naziri Əli Əhməd Karti ilə görüşmüşdür.
Cari ilin 27 sentyabr tarixində Xatici İşlər Naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Sudan Respublikasının xarici işlər naziri Əli Əhməd Karti ilə görüşmüşdür.
 
Sudanlı nazir BMT Təhlükəsizlik Şurasında ölkəsi ilə bağlı keçirilmiş müzakirələr və qəbul edilmiş qətnamələrdə verdiyi dəstəyə görə Azərbaycana təşəkkürünü bildirmiş və Sudan və Cənubi Sudan arasında əldə edilmiş razılaşma haqqında məlumat vermişdir.
 
Nazir Elmar Məmmədyarov Sudanla ikitərəfli, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyətini qeyd etmiş və dost Sudan dövlətində sülh və sabitliyin bərqərar olması üçün dəstəyin davam etdiriləcəyini bildirmişdir.
 

Sudanın xarici işlər naziri Azərbaycanın artan beynəlxalq nüfuzunu və ikitərəfıi münasibətləri genişləndirmək niyyətini nəzərə alaraq, ölkəsinin gələn ilin əvvəllində Bakıda səfirlik açmaq barədə qərar qəbul etdiyini diqqətə çatdırmışdır. Nazir Elmar Məmmədyarov Sudan hökumətinin bu qərarından məmnun olduğunu bildirmiş və açılacaq səfirliyin ikirtərəflıi əlaqələrə töhfə verəcəyini qeyd etmişdir. 

növbəti xəbər əvvəlki xəbər