2012-09-28
Nazir Elmar Məmmədyarov BƏƏ-nin Xarici Işlər Naziri ilə görüşmüşdür.
Cari ilin 27 sentyabr tarixində Xarici İşlər Naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Xarici Işlər Naziri Şeyx Abdullah Bin Zayed Əl Nahyan ilə görüşmüşdür.
 
Görüşdə iki ölkə arasında münasibətlərin mövcud vəziyyəti məmnunluqla qeyd olunmuş və gələcəkdə daha da inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparılmışdr. Nazirlər beynəlxaıq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstəyin göstərilməsi ilə bağlı razılıq əldə etmişlər. 
 

Görüşdə BMT Təhlüksəzilik Şurasının gündəliyində duran məsələlər ətrafında da müzakirələr aparılmışdır. 

növbəti xəbər əvvəlki xəbər