2012-09-28
Nazir Elmar Məmmədyarov Dominikanın Informasiya, Telekommunikasiya Naziri Ambros Corc ilə görüşmüşdür.
Cari ilin 27 sentyabr tarixində Xarici İşlər Naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Dominika Birliyinin Informasiya, Telekommunikasiya Naziri Ambros Corc ilə görüşmüşdür.
 

Görüşdə ölkələr arasında münasibətlər və bu münasibətlərin inkişafı ətrafında fikir mübadiləsi aparılmışdır. Nazirlər hər iki ökə arasında münasibətlərin inkişafında maraqlı olduqlarını və bu məqsədlə imkanların araşdırılmasının vacibliyini vurğulamışlar. 

növbəti xəbər əvvəlki xəbər