2012-09-28
Nazir Elmar Məmmədyarov Sent Vinsent və Qrenadinin Baş naziri ilə görüşmüşdür.

Cari ilin 27 sentyabr tarixində Xarici İşlər Naziri Elmar Məmmədyarov BMT-nin Baş Assambelyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Sent Vinsent və Qrenadinin baş naziri Ralf Everard Qonsalves ilə görüşmüşdür. 

Sent Vinsent və Qrenadinin Baş naziri ölkəmizə səfərini və Prezident İlham Əliyevlə görüşünü məmnunluqla xatırlamış və ölkəsinin Azərbaycanla əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirmişdir. O, iki ölkə arasında iqtisadi münasibətlərin qurulması və inkişafı üçün geniş potensialın olduğunu qeyd etmiş və Azərbaycan şirkətlərini ölkəsində həyata keçirilən iri infrastruktur layihələrində iştirak etməyə dəvət etmişdir. 
 
Nazir Elmar Məmmədyarov öz növbəsində Azərbaycanın Karib regionu ölkələri ilə əməkdaşlığa önəm verdiyini qeyd etmiş və bu əməkdaşlığn inkiaşfı üçün qarşıllıql əsasda iqtisadi missiyaların təşkil edilməsinin əhəmiyyətini vurğulamışdır. 
 
növbəti xəbər əvvəlki xəbər