2012-09-28
Nazir Elmar Məmmədyarov Pakistanlı həmkarı xanım Hina Rabbani Xar ilə görüşmüşdür.
Cari ilin 27 sentyabr tarixində Xarici İşlər Naziri Elmar Məmmədyarov BMT-nin Baş Assambelyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Pakistanlı həmkarı xanım Hina Rabbani Xar ilə görüşmüşdür.
 
Görüşdə ikitərəfli münasibətlərin mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılmışdır. İki ölkə arasında əlaqələrin genişləndirilməsi baxımından qarşıllıqlı səfərlərin intensivləşdirilməsi və hüquq-müqavilə bazasının genişləndirilməsinin vacibliyi qeyd edilmişdir. 
 
Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və hər iki ölkənin bu çərçivədə bir-birini dəstəkləməsinin əhəmiyyətini vurğulamışlar. Görüş zamanı həmçinin BMT-nin Təhlükəsizlik Şurasının gündəliyində duran məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır. 
 

Nazir Elmar Məmmədyarov Pakistanlı həmkarını ölkəmizə səfərə dəvət etmiş və dəvət məmnunluqla qəbul olunmuşdur.  

növbəti xəbər əvvəlki xəbər