2012-09-28
Nazir Elmar Məmmədyarov Türkmənistanlı həmkarı Rəşid Meredov ilə görüşmüşdür.
Xarici İşlər Naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində cari ilin 28 sentyabr tarixində Türkmənistanın Baş nazirinin müavini, eyni zamanda Xarici İşlər Naziri olan Rəşid Meredov ilə görüş keçirmişdir.
 
Nazirlər iki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. Görüşdə təhsil, mətbuat, iqtisadi, enerji və humanitar sahələrdə ikitərəfli əlaqələrin genişləndirilməsi imkanları nəzərdən keçirilmişdir. Nazir Elmar Məmmədyarov iki ölkənin diplomatik tədris müəssisələri arasında əməkdaşlıq sazişinin imzalanması təşəbbüsü ilə çıxış etmişdir. Türkmənistanlı nazir öz növbəsində rəsmi mətbuat agentlikləri arasında əməkdaşlıq sazişinin imzalanmasını təklif etmişdir. 
 

Hər iki nazir həmçinin Xəzər dənizinin hüquqi statusunun müəyyən olunması ilə bağlı fikir mübadiləsi aparmışlar.  

növbəti xəbər əvvəlki xəbər