2012-09-28
Nazir Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşmüşdür.
Xarici İşlər Naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində cari ilin 27 sentyabr tarixində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüş keçirmişdir.
 
Görüşdə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən Ermənistan Respublikasının silahlı qüvvələrinin hələ də çıxarılmaması nəticəsində rəsmi Yerevanın birbaşa günahı ucbatından yaranmış durğunluq vəziyyəti müzakirə edilmişdir. 
 
Nazir Elmar Məmmədyarov Ermənistan tərəfinin status-kvonu saxlaması üçün bütün hiylə və bəhanələrə əl atdığını bildirmişdir. 
 
Həmsədrlər öz ölkələrinin prezidentlərinin verdiyi bəyanatları bir daha təsdiq edərək, hazırkı status-kvonun qəbul edilməz olduğunu vurğulamışlar.
 
Azərbaycanın Xarici İşlər Naziri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qaldığı müddətdə regionda sülhün, təhlükəsizliyin və sabitliyin təhdid altında olacağını həmsədrlərin bir daha diqqətinə çatdırmışdır.  
 

 

növbəti xəbər əvvəlki xəbər