2012-09-27
Nazir Elmar Məmmədyarov ABŞ Dövlət Katibinin köməkçisi Filip Qordon ilə görüşmüşdür.
Xarici İşlər Naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində cari ilin 27 sentyabr tarixində ABŞ Dövlət Katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisi Filip Qordon ilə görüş keçirmişdir.
 
Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə olunmuş və gələcəkdə əlaqələrin daha da inkişaf etdirilməsi yolları barədə fikir mübadiləsi aparılmışdır. 
 
Amerikalı diplomat NATO-nun Əfqanıstandakı fəaliyyətinə verdiyi dəstəyə görə Azərbaycan tərəfinə təşəkkürünü ifadə edərək, bu dəstəyin gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduğunu bildirmişdir. 
 
Görüşdə tərəflər həmçinin, Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar və BMT TŞ-nin gündəliyində duran aktual məsələlər barədə geniş fikir mübadiləsi aparmışlar.  
 
 

 

növbəti xəbər əvvəlki xəbər