2012-09-27
Nazir Elmar Məmmədyarov Xorvatiyalı həmkarı Vesna Pusiç ilə görüşmüşdür.
Xarici İşlər Naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində cari ilin 27 sentyabr tarixində Xorvatiya Respublikasının Xarici İşlər və Avropa məsələləri üzrə Naziri Vesna Pusiç ilə görüş keçirmişdir.
 
Görüşdə Nazirlər ikitərəfli münasibətlərin inkişaf etdirilməsi imkanlarını müzakirə edərək, qarşılıqlı maraq doğuran sahələr üzrə hüquqi sənədlərin imzalanması istiqamətində işlərin aparılması barədə razılığa gəliblər. 
 
Xanım Vesna Pusiç ölkəsində həyata keçirilən layihələrə Azərbaycandan investisiya cəlb edilməsində maraqlı olduqlarını qeyd etmişdir. 
 
Nazir Elmar Məmmədyarov Azərbaycanın Balkan ölkələri, o cümlədən Xorvatiya ilə əməkdaşlığı genişləndirmək marağında olduğunu bildirmiş və bu istiqamətdə müvafiq addımların atılması üçün bu ölkədə həyata keçirilən infrastruktur layihələrində iştirak etmək imkanlarının öyrənilməsinin vacibliyini vurğulamışdır. Azərbaycanın Xarici İşlər Naziri həmçinin, iqtisadiyyatın turizm və energetika sahələrində iki ölkə arasında əməkdaşlıq imkanlarının dəyərləndirilməsi üçün aidiyyəti sahələr üzrə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin həyata keçirilməsinin zəruriliyindən söz açmışdır. 
 
 
 

 

növbəti xəbər əvvəlki xəbər