2012-09-27
Nazir Elmar Məmmədyarov Serbiyanın Xarici İşlər Naziri Ivan Mrkiç ilə görüşmüşdür.
Xarici İşlər Naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində cari ilin 27 sentyabr tarixində Serbiya Respublikasının Xarici İşlər Naziri Ivan Mrkiç ilə görüş keçirmişdir.
 
Görüşdə Azərbaycanla Serbiya arasında ikitərəfli münasibətlərin hazırki durumu və əlaqələrin gələcək inkişaf perspektivləri müzakirə edilmişdir. 
 
Tərəflər iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə edərək, iqtisadi sahədə də əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində lazımi addımların atılması, o cümlədən qarşılıqlı səfərlərin intensivləşdirilməsi və müvaif ikitərəfli sənədlərin imzalanması barədə razılığa gəlmişlər. 
 
 
 
 
 
 
 

 

növbəti xəbər əvvəlki xəbər