2012-09-27
Nazir Elmar Məmmədyarov Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Baş Katibi Xəlil Akıncı ilə görüşmüşdür.
Cari ilin 27 sentyabr tarixində Xarici İşlər Naziri Elmar Məmmədyarov BMT-nin Baş Assembleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Baş Katibi Xəlil Akıncı ilə görüşmüşdür. 
 
Görüşdə Azərbaycan və Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası arasında əlaqələr və qurumun BMT və digər beynəlxalq təşkilatlar yanında müşahidəçi statusu alması istiqamətində görülən işlər müzakirə olunmuşdur. Həmçinin təşkilata üzv ölkələr arasında iqtisadi inteqrasiyanın artırılması, müxtəlif regionlarda diplomatik nümayəndəliklər səviyyəsində məsləhətləşmələr mexanizminin yaradılması, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır. 
 
növbəti xəbər əvvəlki xəbər