2012-09-27
Nazir Elmar Məmmədyarov Sinqapurun Xarici İşlər Naziri Kasivisvanatan Şanmugam ilə görüşmüşdür.
Xarici İşlər Naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Sinqapur Respublikasının Xarici İşlər Naziri Kasivisvanatan Şanmugam ilə görüş keçirmişdir. 
 
Görüşdə nazirlər iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə müxtəlif sahələri əhatə edən hüquqi bazanın genişləndirilməsi və tərəflər arasında rəsmi sənədlərin imzalanması məsələsinin nəzərdən keçirilməsi barədə razılığa gəlmişlər. 
 
Azərbaycanın və Sinqapurun Xarici İşlər Nazirləri ikitərəfli münasibətlər üçün zəruri olan beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi və qarşılıqlı səfərlərin həyata keçirilməsi vacibliyini vurğulamışlar.   
 
 
 
 
 

 

növbəti xəbər əvvəlki xəbər