2012-09-27
Nazir Elmar Məmmədyarov Sloveniyanın Xarici İşlər Naziri Karl Erjavec ilə görüşmüşdür.
Xarici İşlər Naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Sloveniyanın Xarici İşlər Naziri Karl Erjavec ilə görüş keçirmişdir.
 
Görüşdə Azərbaycanla Sloveniya arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi imkanları müzakirə edilmiş və əlaqələrin genişləndirilməsinə qarşılıqlı maraq ifadə olunmuşdur. 
 
Tərəflər iki ölkə arasında hüquq-müqavilə bazasının genişləndirilməsi, qarşılıqlı səfərlərin təşkili, iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq imkanlarının öyrənilməsi məqsədilə hər iki ölkədə biznes forumların keçirilməsi və iqtisadiyyat sahəsinə məsul olan dövlət və özəl qurumların təmaslarının artırılması barədə razılığa gəlmişlər. 
 
 

 

növbəti xəbər əvvəlki xəbər