2012-09-26
Nazir Elmar Məmmədyarov Qəmər adalarının Xarici İşlər Naziri Ahmed Ben Said Jaffare ilə görüşmüşdür.
Xarici İşlər Naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Qəmər adalarının Xarici İşlər Naziri Ahmed Ben Said Jaffare ilə görüş keçirmişdir.
 
Ahmed Ben Said Jaffare aramsız yağan leysan yağışların adanın iqtisadiyyatına mənfi təsir göstərdiyini, kənd təsərrüfatına və infrastruktura ciddi ziyan vurduğunu qeyd etmişdir. O, Azərbaycan şirkətlərinin Qəmər adalarında infrastruktur layihələrinin həyata keçirilməsində iştirak etməsi imkanlarının nəzərdən keçirilməsini xahiş etmişdir.
 
Nazir Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının Qəmər adalarındakı vəziyyətlə bağlı üzv dövlətlərə müraciət etdiyini yada salaraq, Azərbaycanın dəstək göstərməyə hazır olduğunu bildirmişdir. Nazir eyni zamanda, Qəmər adalarından olan tələbə və gənc diplomatların təhsil almaları üçün Azərbaycan Diplomatik Akademiyasında imkanların mövcud olduğunu qeyd etmişdir.
 
 
 
 

 

növbəti xəbər əvvəlki xəbər