2012-09-26
Nazir Elmar Məmmədyarov Monteneqrolu həmkarı Nebojsa Kaluderoviç ilə görüşmüşdür.
Xarici İşlər Naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirakı çərçivəsində Monteneqronun Xarici İşlər və Avropaya İnteqrasiya Naziri Nebojsa Kaluderoviç ilə görüş keçirmişdir.
 
Görüşdə Azərbaycanla Monteneqro arasında ikitərəfli münasibətlərin, xüsusilə turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılmış, hüquq-müqavilə bazasının genişləndirilməsi barədə razılıq əldə olunmuşdur.
 
Nazir Elmar Məmmədyarov Monteneqrolu həmkarını ölkəmizə səfərə dəvət etmiş və Nebojsa Kaluderoviç dəvəti məmnuniyyətlə qəbul edilmişdir.
 
 
 
 
 

 

növbəti xəbər əvvəlki xəbər